"Neftçi" - "Qarabağ" matçının biletləri satışa çıxarıldı

18:49 - 11 Fevral 2025

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində fevralın 16-sı saat 19:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, qiyməti 3 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 5 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 10 (“Cənub alt” sektoru), 20 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları), 30 (“VIP Gold”) və 100 (“Skayboks”) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Xəbər xətti