"Mançester Yunayted" "Barselona"ya 35 milyon funt-sterlinq təklif edəcək

19:38 - 11 Fevral 2025

İngiltərənin "Mançester Yunayted" klubu müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Barselona"da çıxış edən Alexandro Baldedir. Bu barədə "El Nacional" məlumat yayıb.

"Mançester Yunayted" yayda ispaniyalı sol cinah müdafiəçisi üçün onun klubuna 35 milyon funt-sterlinqlik təklif göndərəcək.

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü olan 21 yaşlı futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti