PSV-nin futbolçusu Yohan Bakayoko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Nyukasl" belçikalı vingeri transfer etməkdə maraqlıdır. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
"Sağsağanlar" Bakayokonu yayda transfer etməyi planlaşdırır. "Nyukasl" 21 yaşlı ön xətt oyunçusu üçün 40 milyon avroluq rəsmi təklif göndərəcək.
Qeyd edək ki, 2019-cu ilin yayında "Anderlext"in akademiyasından transfer edib. Belçika millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi