"Qarabağ" "Səbail"i məğlub etdi - YENİLƏNİB

20:51 - 11 Fevral 2025

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

Lider "Qarabağ" öz meydanında autsayder "Səbail"i qəbul edib. Matç Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Misli Premyer Liqası, 22-ci tur

11 fevral

19:00. “Qarabağ” – “Səbail” 5:0
Qol:
Yassin Benzia, 76 (pen), Leandro Andrade, 80, 85, Kadi Borges, 88, Nəriman Axundzadə, 90+3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər xətti