"Yuventus" "Mançester Yunayted"in hücumçusunu transfer etmək istəyir

15:50 - 11 Fevral 2025

"Mançester Yunayted"in hücumçusu Rasmus Hyöylunn İtaliya A Seriyasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted" Hyöylunnu satmağın əleyhinə deyil. Premyer Liqa nəhəngi 22 yaşlı forvard üçün 40 milyon funt-sterlinq tələb edir.

Qeyed edək ki, "Mançester Yunayted" Rasmus Hyöylunnu 2023-cü ilin yayında "Atalanta"dan transfer edib. Danimarka millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti