"Borussiya"nın sabiq futbolçusu Azərbaycanda oynamayacaq - Bakı klubunun məşqçiləri onu bəyənmədi

11:22 - 12 Fevral 2025

"Səbail" Coy-Slayd Mikkels haqda yekun qərarını verib.

Sportal.az saytına verilən məlumata görə, Bayıl təmsilçisi almaniyalı futbolçunu bəyənməyib.

Bir müddətdir ki, baxışda olan 30 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunun etimadını qazanmayıb.

Qeyd edək ki, Slayd "Sabah"ın futbolçusu Coy-Lens Mikkels və "Şamaxı"nın futbolçusu Leroy Mikkelsin qardaşıdır. O, Coy-Lenslə əkiz qardaşdır.

Coy-Slayd son dəfə Almaniyanın həvəskarlar liqasında yarışan "Ay-Yıldızspor" klubunda oynayıb. “Borussiya”(Münhenqladbax) klubunun yetirməsi olan Mikkels “Arau”, “Strommen”, “Allemaniya”(Ahen), “Rodinqhauzen” komandalarında çıxış edib.

Xəbər xətti