"Neftçi"də Emin Mahmudov müəmması

16:37 - 17 Sentyabr 2018

Azərbaycan millisinin düşərgəsindən zədəli qayıdan “Neftçi”nin futbolçusu Emin Mahmudovun sağ ayağının gətirici əzələsinin sümüyə birləşən hissəsində birinci dərəcəli gərilmə var.

 

Sportal.az xəbər verir ki, bir neçə gün müalicə olunacaq yarımmüdafiəçinin sentyabrın 22-də "Zirə”yə qarşı oynayıb-oynamayacağı sual altındadır.

 

Mahmudov məhz bu səbəbdən dünən "Keşlə” ilə oyunu buraxıb.

Xəbər xətti