“Yuventus”un futbolçusu Duqlas Kosta "Sassuolo" ilə oyunda rəqib futbolçu Di Françeskoya qarşı ədəbsiz hərəkətiylə yadda qaldı.
Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü 90+1-ci dəqiqədə rəbini kəllə ilə vuraraq, sarı vərəqə alıb. Bundan 2 dəqiqə sonra Kosta Di Françesko ilə dialoq zamanı onun üzünə tüpürüb. Onun bu ədəbsiz hərəkəti VAR-ın köməkliyi ilə baş hakimə çatıdırılıb. Hakim də 28 yaşlı futbolçuya qırmızı vərəqə göstərərək, meydandan qovub.
Bu hərəkətə görə, Kostanı 3-5 oyunluq cəza gözləyir.
saytlarin hazirlanmasi