Millinin sabiq üzvü futboldan uzaqlaşdırılır

10:29 - 26 Sentyabr 2018

İtaliya millisinin keçmiş üzvü Cüzeppe Rossi ağır cəza ala bilər.

 

Sportal.az xəbər verir ki, son olaraq, "Cenoa"da çıxış edən 31 yaşlı futbolçunun ötən mövsüm A Seriyasının son turunda “Benevento” ilə oyundan sonra verdiyi dopinq testlərinin cavabları müsbət çıxıb. İtaliyanın Antidopinq Agentliyi araşdıramaları davam etdirir.

 

Rossinin1 il futboldan kənarlaşdırılacağı gözlənilir.

 

Qeyd edək ki, hazırda azad agent statusu daşıyan forvard "Mançester Yunayted", "Nyukasl", "Parma", "Vilyarreal", "Fiorentina", "Levante" və "Selta" kimi klublarda çıxış edib.

Xəbər xətti