Ronaldo ilə bağlı şok iddia: Təcavüzdə günahlandırıldı

13:21 - 29 Sentyabr 2018

“Yuventus”un ulduzu Kriştiano Ronaldo ilə bağlı şok iddia yayılıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu Ketrin Mayorqa adlı xanıma təcavüz etməkdə günahlandırılır. Ketrin Ronaldonun 2009-cu ildə Las-Veqasda olarkən ona təcavüz etdiyini bildirib. O, susması üçün Ronaldodan 375 min dollar aldığını deyib.

 

Portuqaliyalı ulduz isə amerikalı qadının onun adından istifadə edib məşhurlaşmaq üçün bu addımı atdığını söyləyib. Ronaldonun vəkilləri məsələ ilə bağlı məhkəməyə verəcəklər.

Xəbər xətti