Kriştiano Ronaldo: "Mənim qolum daha gözəl idi"

16:58 - 29 Sentyabr 2018

"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo ötən həftə FIFA-nın təşkil etdiyi "The best" mükafatları barədə susqunluğu pozub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu Luka Bodriçin ilin ən yaxşı futbolçusu seçilməsinə qısaca münasibə bildirib: "Modriç əla futbolçudur, onu bu münasibətlə təbrik edirəm".

 

İlin ən yaxşı qolu isə "Liverpul"un futbolçusu Məhəmməd Salaha verildi. Ronaldo "Real"da çıxış etdiyi dönəmdə "Yuventus"a vurduğu qolun Salahın "Everton"un qapısından keçridiyi qoldan daha gözəl olduğunu bildirib: "Açıq danışsaq, mənim qolum daha gözəl idi. Həyat belədir: bəzən qazanarsan, bəzən isə məğlub olarsan. Son 15 ildə səviyyəmi qorudum və gördüyüm işlərdən razıyam".

 

Ronaldo Turin şəhərini sevdiyini sözlərinə əlavə edib? "Turin gözəl şəhərdir. Buranı sevirəm. Mənə dəstək olanlara təşəkkür edirəm. Mənə dəstək olmaqda dacam edin, çünki hədəfim hər zaman 1 nömrə olmaqdır".

 

"Bütün zamanların ən yaxşı futbolçusu kimdir" sualına Ronaldo "Təbbi ki, mən" cavabını verib.

Xəbər xətti