"Latsio" ulduzları ilə müqaviləni uzatdı

18:37 - 2 Oktyabr 2018

"Latsio" nəhəng klubların hədəfində olan Sergey Milinkoviç-Saviç və Çiro İmmobile ilə müqaviləni uzadıb.

 

Sportal.az xəbər verir ki, hər iki ulduz futbolçunun yeni müqaviləsi 2023-cü ilə qədərdir.

 

Qeyd edək ki, 2016-cı ildən "Latsio"da çıxış edən 28 yaşlı İmmobile ötən mövsüm A Seriyasının bombardiri olub. Serbiya millisinin 23 yaşlı yarımmüdafiəçisi isə 2016-cı ildən paytaxt klubunda oynayır.

Xəbər xətti