Qvineyalı futbolçu "Neftçi"də

18:08 - 15 Oktyabr 2018

"Neftçi" baxışa yeni futbolçu dəvət edib.

 

Sportal.az xəbər verir ki, bu, qvineyalı Mamadu Kanedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. Qvineyanın “Kaloum Star” klubunun üzvü olan futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

 

Qeyd edək ki, məşqçilər korpusu bu gündən məşqlərə qoşulan afrikalı futbolçu haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Xəbər xətti