İtaliyalı sabiq baş məşqçi Fabio Kapello hücum xəttində sıxıntılar yaşayan Madrid "Real"ına tövsiyə edib.
Sportal.az xəbər verir ki, "Radio Rai"yə danışan 72 yaşlı mütəxəssis "kral klubu"nun "İnter"in argentinalı hücumçusu Mauro İkardini almalı olduğunu deyib:
"İkardinin böyük fanatıyam. Əgər "Real"ın yerində olsaydım, Mauronu transfer edərdim. Cərimə meydançasındakı bitirciliyi Kriştiano Ronaldo kimidir".
Kapello bu mövsüm A Seriyasında "Yuventus"u favorit gördüyünü bildirib: "Yuventus" çempionluğun əsas namizədidir. Onlara bu mövsüm rəqib olacaq komanda görmürəm".
Qeyd edək ki, Kapello 1996/1997 və 2006/2007-ci illərdə "Real"ın baş məşqçisi olub.
saytlarin hazirlanmasi