"Kişi kimi üz-üzə danışmaq əvəzinə, arxamdan iş gördülər"

18:27 - 18 Oktyabr 2018

"İnter"in yarımmüdafiəçisi Raca Nainqqolan "Roma"dan ayrılması barədə danışıb.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu öz istəyilə klubdan ayrılmadığını deyib: "Roma"dan ayrılmaq öz istəyimlə olmadı. Həmin vaxt məyus idim. Kişi kimi üz-üzə danışmaq əvəzinə, arxamdan iş gördülər. İstəmədiyim klubla anlaşdıqlarını öyrəndim. Mənimlə önəmsiz futbolçu kimi rəftar olundu. Ö dönəmdə Luçano Spalleti mənə zəng etdi. Onun təklifini çox düşünmədim və "İnter"ə gəldim".

 

Nainqqolan Messi və Ronaldo müqayisəsində argentinalıya üstünlük verdiyini deyib: "Bu futbolçular arasında Messini seçərəm. Ronaldo bir komandaya ehtiyac duyur. Messi isə təkbaşına oyunu qazandırır".

 

Qeyd edək ki, 30 yaşı futbolçunun "İnter"lə 2022-ci ilə kimi müqaviləsi var. 

Xəbər xətti