"Roma" müdafiəçisi Rik Karsdorpla yollarını ayıra bilər.
Sportal.az xəbər verir ki, Hollandiya millisinin üzvüylə "Sevilya" və "Fənərbaxça" klubları maraqlanırlar. "Canavarlar" 23 yaşlı futbolçunu icarəyə göndərməyi daha məqsədəuyğun hesab edir. Bu səbəbdən də Karsdorpun qışda icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Roma" sağ cinah müdafiəçisini ötən il "Feyenoord"da 14 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi