Son zamanlar uğurlu oyunlar sərgiləyən "İnter" növbəti iki ev oyununda "Cüzeppe Meatsa" stadionunu dolduracaq.
Sportal.az xəbər verir ki, "İnter"in həftəsonu "Milan"la derbi matçında və növbəti həftə Çempionlar Liqasında "Barselona" ilə ev oyununda "Cezeppe Meatsa" stadionu tam dolu olacaq. Milan təmsilçisi hər oyundan 5 milyon avro gəlir əldə edəcək. Beləliklə, "göy-qaralar" 1 həftə ərzində 2 oyundan 10 milyon avro qazanacaq.
Qeyd edək ki, "Cüzeppe Meatsa" stadionu 80 min azarkeş tutumuna malikdir.
saytlarin hazirlanmasi