"Neftçi"nin futbolçusu Dario Frederiko "Torcedores.com" saytına müsahibə verib
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Azərbaycana gəlişi - "Kəpəz"ə keçidini karyerasının ən düzgün addımı adlandırıb: "Ən yaxşı transferim "Kəpəz"ə keçmək olub. Portuqaliyanın "Trofense" klubunda pis vəziyyətdə idim. Ancaq Azərbaycanda fərqli oldu. Bu gün də "Kəpəz" azarkeşlərinin diqqətini hiss edirəm".
Dario "Neftçi"nin bu mövsümkü çıxışından və hədəflərindən söz açıb: "Təəssüf ki, Avropa Liqasında mübarizəyə davam edə bilmədik. İndi bütün diqqətimizi ölkə çempionatına yönəltmişik. Burda razıyam. Yaxşı gəlirim var. "Neftçi" 2012/2013 mövsümündən sonra çempion ola bilməyib. Klub heyətini çempionatdakı ən yaxşı futbolçularla gücləndirib. Komandanın əsas məqsədi ölkə çempionu olmaqdı".
Frederiko böyük klublardan təklif alacağı halda gedəcəyini söyləyib. O, həmçinin ölkəsində oynamaq arzusunu dilə gətirib: "Yenidən öz ölkəmdə oynamaq istəyirəm. Ancaq böyük klublardan təklif olsa, qəbul edərdim".
Dario son olaraq oyunlarını bəyəndiyi futbolçuların adlarını da açıqlayıb: "Bir çoxlarının oyunlarını bəyənirəm. Ronaldinyo, Neymar və Ronaldo gördüyüm ən yaxşı futbolçulardı".
saytlarin hazirlanmasi