"Roma"nın cari mövsüm enişli-çıxışlı performansından sonra baş məşqçi Eusebio Di Françeskonun gələcəyi sual altına düşüb.
Sportal.az xəbər verir ki, A Seriyasının 9-cu turunda SPAL məğlubiyyətindən sonra klub daxilində narahatlıq yaranıb. İtaliya mətbuatında yer alan xəbərə görə, italiyalı mütəxəsisin Çempionlar Liqasında ÇSKA ilə ev və səfər, İtaliya A Seriyasında isə "Napoli" və "Fiorentina" ilı matçlar taleyinə aydınlıq gətirəcək.
Qeyd edık ki, 49 yaşlı mütəxəssis ötən ildən paytaxt klubuna başçılıq edir.
saytlarin hazirlanmasi