İtaliyanın "İnter" klubunun yeni prezidenti müəyyənləşib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin prezident postuna 26 yaşlı çinli iş adamı Stiven Çjan gətirilib.
"İnter”in sabiq kapitanı Xavyer Zanetti vitse-prezident, Alessandro Antonello isə baş menecer postunda qalıb.
2016-cı ildə "İnter"in səhmlərinin böyük hissəsini alan Çinin "Suning Holding" şirkətinin sahibi Çjan Tszindunun oğlu olan Stiven son iki ildə klubun İdarə Heyətində yer alıb. O, klubun 21-ci prezidenti olub. Çinli iş adamı bu postda indoneziyalı Erik Tohiri əvəzləyib
saytlarin hazirlanmasi