"Neftçi"nin futbolçusu 1 ay oynamayacaq

16:48 - 30 Oktyabr 2018

Topaz Premyer Liqasının 9-cu turunun "Qarabağ”la oyununun (3:1) ilk hissəsində zədələnərək əvəzlənən "Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun vəziyyətinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, tibbi baxışdan sonra məlum olub ki, oyunçunun qarın əzələlərində yırtıq var. 27 yaşlı futbolçu təxminən 1 ay müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

 

"Neftçi"də Qoran Paratski və Ruslan Abışov da zədədən əziyyət çəkirlər.

 

 

Qeyd edək ki, Məhəmməd Mirzəbəyov geridə qalan 9 turun 7-də 90 dəqiqə meydanda olub.

Xəbər xətti