Millinin sabiq üzvünə 2 illik həbs cəzası

18:31 - 1 Noyabr 2018

İtaliya millisinin sabiq üzvü Vinçenzo Yakinta həbs edilib.

 

Sportal.az xəbər verir ki, buna səbəb onun qanunsuz şəkildə odlu silah gəzdirməsi olub. Bu səbəbdən 38 yaşlı veteran hücumçu 2 il həbs olunub.

 

Yakintanın atası isə 19 il azadlıqdan məhrum olub. O, cinayətkar dəstənin üzvü olduğu üçün həbs edilib.

 

Qeyd edək ki, Yakinta 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub. 2012-ci ildə karyerasını başa vuran forvard "Udineze" və "Yuventus"da karyerasının gözəl çağlarını keçirib.

Xəbər xətti