Mirabdulla Abbasovdan tarixi qol

12:39 - 5 Noyabr 2018

Topaz Premyer Liqasının X turunun “Keşlə” ilə oyununda 1:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 20-ci qolunu vurub.

 

Sportal.az xəbər verir ki, bu, həm də 1992-ci ildən keçirilən ölkə çempionatlarında tarixi qol olub. Belə ki, cari mövsümədək 1280 dəfə fərqlənən “ağ-qaralar” “ASK Arena”dakı qolla 1300-ə çatıb. Paytaxt təmsilçisinin yubiley qoluna Mirabdulla Abbasov imza atıb.

 

Azərbaycan çempionatlarında ən çox qol vuran komanda olan “Neftçi” 1300-cü qolunu 759-cu matçında vurub. Bakılıların orta məhsuldarlığı 1,71-ə bərabərdir. Komanda bu qollardan 755-ni evdə, 525-ni səfərdə, 20-ni neytral meydanda rəqib qapısından keçirib.

 

qol Tarix oyun Futbolçu

1 08.05.1992 Neftçi – Xəzər S – 1:0 Yunis Hüseynov, 87

100 13.10.1992 İnşaatçı S – Neftçi – 0:1 Samir Ələkbərov*

200 23.10.1994 Xəzər L – Neftçi – 0:3 Mais Əzimov*

300 18.09.1996 Fərid – Neftçi – 0:3 Yaşar Vahabzadə, 65

400 27.09.1997 Neftçi – Dinamo – 2:0 Qurban Qurbanov, 72

500 31.10.1999 Neftçi – Kəpəz – 3:1 Aleksey Stukas, 85

600 25.11.2001 Xəzər Universiteti – Neftçi – 0:2 Vadim Vasilyev, 75

700 13.12.2004 Neftçi – Kəpəz – 2:0 Stenli Udenkvor, 49

800 10.11.2006 Bakı – Neftçi – 0:1 Aqil Məmmədov, 4

900 22.08.2009 Neftçi – Turan – 2:0 Adrian Neaqa, 3

1000 04.12.2011 Neftçi – Simurq – 4:2 Araz Abdullayev,10

1100 12.09.2013 Neftçi – İnter – 3:1 Melvin Platye, 45+1

1200 13.03.2016 AZAL – Neftçi – 1:1 Nikolas Kanales, 60

1300 03.11.2018 Keşlə - Neftçi -  0:1 Mirabdulla Abbasov, 2

Xəbər xətti