"Neftçi"nin baş məşqçisi Roberto bordin Topaz Premyer Liqasının XI turunda evdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyunla bağlı danışıb:
- Son anlara qədər sərt oyun oldu.Hər iki komanda qələbə qazanmaq istəyirdi. Souncu yerə layiq olmayan rəqiblə oynadıq. Üzücü hal odu ki, hesabda öndə olduğumuz halda bunu qoruya bilmədik.
- Əvvəldən bildirilirdi ki, “Neftçi”nin müdafiəsində boşluqlar var. Petrov meydanı tərk etdikdən sonra bunlar daha qabarıq nəzərə çarpdı. Anton Krivotsyuk-Slavko Braliç cütlüyünün “Neftçi” səviyyəsində olmadığı aydındı. Müdafiənin çıxışı haqda nə deyə bilərsiz?
- Son oyunda Anton-Braliç cütlüyü yaxşı çıxış etmişdi. Kiril də öz təcrübəsi ilə fayde verir. müdafiəmizdə problem yoxdu.
- Anton Krivotsyukun oynanamasının xüsusi səbəbi var idi?
- Bu nə sualdı?! Sualın məntiqini başa düşmədim. Heyət son məşq üzərində müəyyənləşdirilir. Sualın mahiyyətini anlamadım. Futboldu. Bu dəfə Antonu yox, Braliçi seçdik. Sadəcə, taktiki seçim idi.
- Rəqib komandada xüsusi fərqləndirə biləcəyiniz futbolçular varmı?
- Fərdi olaraq kimsə barədə fikir bildirə bilmərəm. Komanda olaraq normal futbol göstərdilər. Hesab 2:2 olarkən rəqib əks-hücumda yenə fərqlənə bilərdi.
- Baxışda olan Mamadu Kane ilə müqavilə imzalayacaqsız?
- Hələ bu haqda danışmaq üçün tezdi. Məşqlərə baxıb qərar verəcəyik. Yaxşı futbolçudu.
- Matç zamanı halı pisləşən köməkçiniz Füzuli Məmmədovun vəziyyəti necədi?
- Durumu yaxşıdı. Bu gün həm ona, həm də “Zirə”nin qapıçısına görə bir az qorxduq. Gərgin gün alındı. Şükürlər olsun ki, hər şey yaxşıdı.