KONKAKAF Millətlər Liqasının seçmə mərhələsində növbəti oyunlar keçirilir.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye ilə “Neftçi”nin futbolçusu Soni Mustivarın formasını geyindiyi Haiti yığması qrupdakı 3-cü sınağında Nikaraquanın qonağı olub. Görüş Haitinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətində meydana çıxan Gerye cəmi 16 dəqiqə oynayıb. 29 yaşlı yarımmüdafiəçi komandası 1:0 hesabı ilə öndə olduğu vaxt birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Mustivar da start heyətdə yer alıb və 77-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 9-a yüksəldən Haiti liderliyə yüksəlib.
saytlarin hazirlanmasi