"Neftçi" qış çempionu oldu - 7 ildən sonra

18:40 - 1 Dekabr 2018

Bu gün Topaz Premyer Liqasında 13-cü tura start verilib. 

 

Sportal.az xəbər verir ki, açılış oyunu “Əlincə Arena”da baş tutub. Çempionatın lideri “Neftçi” “Sabah”ın qonağı olub. “Ağ-qaralar” qış çempionluğunu rəsmiləşdirmək üçün bu oyunda uduzmaması lazım idi. Roberto Bordinin yetirmələri meydan sahiblərinə 2:1 hesabı ilə qalib gələrək, yeddi ildən sonra qış çempionluğuna qovuşub.

 

Paytaxt klubu sonuncu dəfə 2011-ci ili lider kimi başa vurub.

Xəbər xətti