Roberto Bordin: "Hər kəsə bu oyuna bir daha baxmağı məsləhət görürəm"

19:00 - 1 Dekabr 2018

Topaz Premyer Liqasında XIII turunnda "Neftçi" səfərdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb. İtaliyalı mütəxəssis əvvəlcə matç haqda danışıb:
 

- Futbolçularımın hər birini təbrik etmək istəyirəm. Son ana qədər mübarizə apardılar. İki dəfə azlıqda qaldıq. Çalışdılar düzgün reaksiya versinlər. Komandamın oyunundan çox razıyam.

 

- Hakimlikdən necə?
- Səhv etmirəmsə, 11 sarı vərəqə oldu. Bunlardan 3-ü qırmızı vərəqə oldu. Hər kəsə bu oyuna bir daha baxmağı məsləhət görürəm. Mənimçün vacib olan komandamın oyunudu, ondan da çox razıyam.

 

- Dabo qırmızı vərəqə aldıqdan sonra meydandan çıxmaq istəmirdi, sonra hakimlərə əl çaldı. Buna münasibətiniz necədi?
- Düşünürəm ki, Dabo azarkeşləri alqışlayırdı.

 

- Karikari bura ehtiyatda ourub pul qazanmağa gəlib, yoxsa futbol oynamağa?
- Bu sualı cavablandırmaq istəmirəm. Taktiki sual varsa, buyurun.

Xəbər xətti