"Xəzər Lənkəran" və "Neftçi"nin sabiq futbolçusu millidən getdi

12:06 - 6 Dekabr 2018

Azərbaycanda "Xəzər Lənkəran"la "Neftçi"də çıxış etmiş Julius Vobay milli karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə Syerra-Leone mətbuatına verdiyi açıqlama deyib. Syerra-Leonenin Afrika Millətlər Kubokundakı uğursuz çıxışı Vobayın belə qərar verməsinə səbəb olub: "Artıq şanslarımız çox az azdı. Afrika Millətlər Kubokunda uğurlu nəticəni arzu edirdim. Artıq 17 illik yığma karyerama nöqtə qoyuram və gənclərə yol açıram".

 

Qeyd edək ki, Vobay 2011-ci ildə "Xəzər Lənkəran", 2012-2015-ci illərdə "Neftçi"də çıxış edib.

Xəbər xətti