Roberto Bordin: "Düzgün oynaya bilmədik"

21:58 - 9 Dekabr 2018

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının XIV turunda “Sumqayıt”la 0-0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Komanda çox yaxşı oynamadı. Bu matçı düzgün oynaya bilmədik. Bu dəfə alınmadı, hücumda çoxala bilmədik. Sona yaxın risklər etdik. Oyunun sonlarına yaxın qol vurmağa çalışdıq. Düzgün mövqelər tapa bilmədik, tapdıqda isə istifadə etməyi bacarmadıq.

 

- Baqali Dabonun yoxluğu aşkar hiss olunurdu. Komandanıza fransalı forvard kimi hücumçu lazımdır. Siz belə düşünmürsünüz?

- Baqali Dabonun əvəzində Namiq Ələsgərova şans verdik, özünü yaxşı tərəfdən göstərdi. Sadəcə, bu gün bizim günümüz deyildi. Hələ ki, ilk pillədəyik. Yaxşı nəticə əldə etməyə çalışsaq da, alınmadı.

Xəbər xətti