"Oyunumuz alınmadı, məğlub olduq. Öz oyunumuzu qurmağa çalışırdıq. Lakin rəqib bizi əks-hücumlarda yaxaladı". Sportal.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda "Sumqayıt"a məğlub olduqları matçı dəyərləndirərkən deyib.
O, buraxdıqları ikinci qoldan sonra komandanın həvəsdən düşdüyünü bildirib: "Rəqib əks-hücumlardan maksimum yararlanırdı. Penalti də belə epizodların birində oldu. İkinci qol komandamızı həvəsdən saldı. Bundan sonra işimiz daha da çətinləşdi. Təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik".
- "Sumqayıt"la çempionat oyununda da xal itirmişdiniz. Çempionluq ab-havasına tez girməmisiniz?
- Bu gün kubokda mübarizə aparırdıq. Yarışlar arasında ciddi fərq var. İndidən çempionluq barədə düşünmək axmaqlıq olardı.
- "Sumqayıt"ın qapısına yol tapa bilməməyinizin səbəbi nədir?
- Hər iki görüşdə qol imkanlarımız olub. Sadəcə, dəqiqlik çatmır. Əlbəttə, rəqibin komandanın qapıçısı da inamlıdır, real qolların qarşısını kəsdi.
- Yarımfinala yüksəlmək şanslarınızı necə dəyərləndirirsiniz?
- Əlbəttə, bizim üçün asan olmayacaq. Rəqibin şansı daha çoxdur. Yarımfinal mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
saytlarin hazirlanmasi