“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov “Sumqayıt”la ölkə kubokunun 1/4 final qarşılaşması ilk oyunundan sonra (0:2) Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- “Sumqayıt”a məğlub oldunuz. Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Oyuna yaxşı başlamadıq, iki qol buraxdıq. Sonradan əlimizə imkanlar düşsə də, istifadə edə bilmədik. Bu qarşılaşmanı iki hissə olaraq dəyərləndirirəm, hələ ilk hissə geridə qalıb. Cavab matçında hər şeyin bizim tərəfimizdə olacağını düşünürəm.
- “Neftçi” özünə bənzəmirdi. Əvvəlkki oyunlardakı kimi qol vəziyyətləri yarada bilmirdiniz, komanda istəkli görsənmirdi. Bunun səbəbi nə idi?
- Rəqib oyuna ciddi hazırlaşmışdı. Əsas bu amil bizə çətinlik yaradırdı.
- Son iki oyunda bu rəqiblə üz-üzə gəlmisiniz və qalib gələ bilməmisiniz. Komanda eniş dövrü yaşayır?
- Belə demək doğru olmaz. Hər bir komanda bütün oyunlarda qələbə qazana bilməz. Fikrimcə, bunu eniş dövrü kimi dəyərləndirmək düzgün deyil. Cavab oyununda sərfəli nəticə qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq.
- Bu gün tribunada “Forza Neftçi”nin yoxluğu nə dərəcədə hiss olunurdu?
- Azarkeşlərimizin oyunda olmamağı ümumi atmosferə təsir etsə də, nəticəni ona bağlamazdım. Müəyyən təsiri var, amma onların yoxluğu qlobal problem deyil.
- “Neftçi”nin yarımfinal mərhələsinə vəsiqə qazanmaq şansı nə qədərdir?
- Əsas odur ki, oyuna psixoloji cəhətdən düzgün hazırlaşaq. Belə olarsa, komanda yoldaşlarıma inanıram və mərhələ keçəcəyimizi düşünürəm.
- Kvame Karikari son müsahibəsində demişdi ki, oynamamağımın səbəbi Mirabdulladır. Bu fikrə münasibətin necədir?
- Nə deyim? Sevindirici haldır ki, belə fikirləşir. Başqa fikir bildirmək istəmirəm.
- “Qarabağ” Avroliqada çıxışını başa vurdu. Qışdan sonra rəqabətin daha güclənəcəyini gözləyirsiz?
- Ola bilər, amma düşünürəm ki, "Qarabağ"ın onsuz da geniş heyəti var idi və müxtəlif cəbhələrdə mübarizə aparracaq gücdədir. Ona görə də çox da fərq etməyəcəyini düşünmürəm.
saytlarin hazirlanmasi