"Rəqibin müdafiədən oynayacağını və öz şansını gözləyəcəyini təxmin edirdik. Belə də oldu. Amma bu, bizim üçün bəhanə deyil. Özümüz məğlub olduq". Sportal.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Kirilo Petrov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda "Sumqayıt"a məğlub olduqları matçı dəyərləndirərkən deyib.
Ukraynalı mərkəz müdafiəçisi bildirib ki, dekabrın 19-da keçiriləcək cavab görüşündə qələbə qazanmalıdırlar: “Oyunçularla bir-birimizin gözünə baxmalı və nələri düz etmədiyimizi aydınlaşdırmalıyıq. Növbəti matçda bu rəqib üzərində qələbə qazanmalıyıq. Şanslar bərabər olaraq qalır. Futbol elə idman növüdür ki, növbəti oyunda nə olacağını bilmirsən. Yadınızdadırsa, ötən mövsüm səfərdə "Qəbələ" üzərində qələbə qazansaq da, cavab qarşılaşmasında məğlub olduq və növbəti mərhələyə keçə bilmədik”.
28 yaşlı futbolçu komanda yoldaşı Anton Krivotsyukun qırmızı vərəqə almasından danışıb: "Antona heç nə demədim. Çünki bu, emosiyalardır. Ola bilsin ki, komanda yoldaşım haqlı deyildi. Amma FİFA referisi düzgün görməli, 9 metr əvəzinə 12 metr saymamalıdır. İkincisi, rəqib futbolçu Aleksey İsayev qayda pozuntusu epizodunda özü "heç nə yox idi" deyib".
"Ağ-qaralar"ın kapitanı komandasının çempionluğa oynadığı üçün kuboka önəm verməməsi ilə bağlı fikirləri yaxın buraxmayıb: "Qətiyyən! Hər iki mükafatı qazanmaq istəyirik və belə bir fikri yaxına da buraxmırıq".
saytlarin hazirlanmasi