"Neftçi” U-13 komandasının futbolçusu Lorenzo Mezzotero ilə 2019-cu il fevralın 7-də bitməli olan müqavilənin müddətini artırıb.
Sportal.az xəbər verir ki, 11 yaşlı hücumçu 2022-ci il fevralın 7-dək komandanın formasını geyinəcək. 3 illik anlaşmanın şərtlərinə görə, italiyalı futbolçu Azərbaycanda "Neftçi”dən başqa heç vaxt digər klubda çıxış edə bilməz.
2017-ci ilin fevralından "Neftçi”nin formasını geyinən Lorenzo Mezzotero aşağı yaş qrupu komandalarının heyətində çempionluq və bombardirlik sevinci yaşayıb, ən yaxşı futbolçu seçilib.
saytlarin hazirlanmasi