“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda 0-2 hesabı ilə məğıub olan "ağ-qaralar" tunirlə vidalaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında iştirak edən "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis mübarizəni dayandırdıqları üçün üzüldüyünü deyib:
- İkiqat mübarizə apardıq. Əfsuslar olsun ki, ilk oyunda əlimizə düşən imkanlardan yararlana bilməmişdik. İlk oyunda qol vura bilsəydik, bu gün davamını gətirəcəkdik: Bizim üçün üzücü haldır. İmkanlarımız oldu, düzgün istifadə edə bilmədik. Hər birimiz üzülürük. Fasilə ərəfəsində maksimum yaxşı hazırlaşacağıq.
- Ehtiyat oyunçular skamiyasında oyunu gücləndirə biləcək futbolçu yox idi. Qışda heyətinizi neçə futbolçu ilə gücləndirəcəksiniz?
- Zədəli və cəzalı futbolçuların olması normaldır. Heyətimizdə olan futbolçu sayı məni qane edir. Meydanda daxil olan futbolçular öz vəzifələrini yerinə yetirə bildilər.
- Qış transfer dönəmində hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?
- Bizim bu haqda düşünməyə kifayət qədər vaxtımız olacaq. Öncə bu məğlubiyyəti unutmalı, daha sonra bu haqda düşünməliyik.
- Komandadan göndərəcəyiniz futbolçuları müəyyənləşdirmisinizmi?
- Bizim müzakirə etmək üçün vaxtımız var.
- Oyun başa çatdıqdan sonra baş hakim Orxan Məmmədova etiraz edirdiniz. Etirazınız nə ilə bağlı idi?
- Rəqibin futbolçuları oyunun tempini aşağı salırdı. Biz isə vaxt itirmək istəmirdik. Bu haqda hakimlə danışığımız oldu.
saytlarin hazirlanmasi