"Neftçi"nin boğazında qalan sümük

13:44 - 24 Dekabr 2018

"Neftçi"yə böyük ümidlərlə gətirilən Kvame Karikari gözləntilərin altında qaldı.

 

Sportal.az xəbər verir ki, klublarını əlcək kimi dəyişən hücumçunu "ağ-qaralar" göndərmək niyyətindədir. Ancaq 26 yaşlı forvard ayrılmaq istəmədiyi üçün müqavilənin xitam olunması təklifinə müsbət yanaşmır. Karikarini razı salmaq üçün "Neftçi" qanalını qane edəcək təzminat ödəməlidir.

 

Qeyd edək ki, "Neftçi"dən öncə "Əl Ərəbi”də (Qətər) oynayan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib.

 

Xəbər xətti