"Neftçi”də daha bir ayrılıq reallaşıb.
Sportal.az xəbər verir ki, paytaxt klubu qapıçısı Rəşad Əzizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, 24 yaşlı əlcək sahibi ötən mövsümdən çıxış etdiyi "Neftçi”nin heyətində 21 oyun keçirib.