Ruslan Abışov kollektiv məşqlərə başladı

17:57 - 7 Yanvar 2019

“Neftçi”nin zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan kapitanı Ruslan Abışov kollektiv məşqlərə qoşulub.

 

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi zədəsini zağaldıb və komanda ilə hazırlaşır.

 

Qeyd edək ki, Abışov ötən ilin iyul ayında "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsinin "Uypeşt"lə cavab matçında (0:4) zədələnmişdi.

Xəbər xətti