"Neftçi"nin oyunu ləğv edildi

14:14 - 19 Yanvar 2019

"Neftçi"nin Antalya toplanışı çərçivəsində yanvarın 20-də "İstiqlal” (İran) klubu ilə keçirilməli olan yoxlama oyunu ləğv olunub.

 

Sportal.az xəbər verir ki, buna baş məşqçi Roberto Bordin qərar verib. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.

 

Xatırladaq ki, dünən "Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) "Neftçi” yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Xəbər xətti