"Neftçi"nin transfer etdiyi Canluka Sansone Bakıya gəlib.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu tibbi müayinədən keçib. İtaliyalı hücumçu "ağ-qaralar"la 1,5 illik sözləşmə bağlayıb. Sansone "Neftçi" tarixində ilk italiyalı futbolçu olacaq. Paytaxt klubu bu keçid üçün məbləğ ödəməyəcək. Çünki Sansone İtaliya C Seriyasında çıxış edən "Novara" ilə müqaviləsini yanvar ayında ləğv edib.
Qeyd edək ki, italiyalı hücumçu peşəkar karyerasına "Montorio" klubunda başlayıb. Sansone "Syena", "Frozinone", "Sassuolo", "Torino", "Sampdoria", "Bolonya" və "Bari" kimi klublarda çıxış edib. Canluka 2016-cı ildən "Novara"da çıxış edirdi.
saytlarin hazirlanmasi