Roberto Bordin: "Nəticəni uğurlu hesab edirəm"

21:05 - 3 Fevral 2019

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Qarabağ”la heç-heçə (1:1) etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Oyuna yaxşı başlamadıq. Lakin sonradan özümüzə gəldik, hücumlar qurmağa başladıq. Gözləmədiyimiz halda azlıqda qaldıq. Belə olmasını istəməzdik. Azlıqda qalsaq da, hesabı qorumağı bacardıq. Komandamızı təbrik edirəm.

 

- Bu nəticəni uğurlu sayırsınız?

- Azlıqda qaldığımıza görə nəticəni uğurlu hesab edirəm. Qırmızı vərəqəyə qədər komandamız gözəl oyun nümayiş etdirdik. Qırmızı vərəqədən sonra əks-hücumlara bel bağladıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm, özümüzü evimizdəki kimi hiss etdik. Sanki meydan sahibi biz idik.

Xəbər xətti