Badibanqa yenə "Neftçi"dən paylaşdı: "Sehrbaz, davam et"

00:32 - 4 Fevral 2019

Adı "Neftçi" ilə hallanan “Şerif”in futbolçusu Ziqi Badibanqa "instagram" hesabında növbəti dəfə "Neftçi"dən paylaşıb.

 

Sportal.az xəbər verir ki, Konqo əsilli futbolçu hekayə bölümündə "Neftçi"nin"Qarabağ"la 1:1 hesablı heç-heçə etdiyi oyundan sonra sabiq baş məşqçisi Roberto Bordini təbrik edib və bu sözləri qeyd edib: "Sehrbaz, davam et".

 

"Şerif"in Antalya toplanışında olmayan belçikalı futbolçunun "Neftçi"yə keçidinin baş tutmadığı barədə xəbərlər yayılsa da, Badibanqanın bu addımından sonra transfer söz-söhbətləri yenidən gündəm yaradıb. 

 

Futbolçu bir neçə gün əvvəl də "Neftçi"ylə bağlı hekayə bölümündə paylaşım etmişdi.

 

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Şerif"lə müqaviləsi 2019-cu ilin yayında başa çatır. Vinger Tiraspol klubunda Roberto Bordinin rəhbərliyi altında çıxış edib.

 

Xəbər xətti