"Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı əlcək sahibi son məşqlərdən birində daban oynağından zədə alıb. Həkimlərin rəyinə görə, Aqil Məmmədov 3-4 həftə müalicə olunacaq. Qolkiper yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.
Qeyd edək ki, təcrübəli qapıçı bu ilin yanvarında "Neftçi”yə transfer olunub.
saytlarin hazirlanmasi