Həftəsonu Azərbaycan Premyer Liqasında 19-cu turun görüşləri reallaşacaq.
Sportal.az xəbər verir ki, hesabat turunu cəza səbəbindən dörd futbolçu buraxacaq.
"Qəbələ" ilə oyunda sarı vərəqə limitini dolduran “Keşlə”nin müdafiəçisi Denis Silva Kruz cəzalı duruma düşüb. Braziliyalı futbolçu "Qarabağ"la oyunu bu səbəbdən buraxacaq.
"Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə “Səbail”in kapitanı Rahid Əmirquliyev sarı vərəqə almaqla 19-cu turda "Sumqayıt"la görüşü buraxmalı olacaq.
“Neftçi”nin müdafiəçi Tural Axundov və “Sabah”ın yarımmüdafiəçi üzvü Erik Ramos da cəzalı duruma düşənlər arasındadır. Hər iki oyunçu "Sabah" - "Neftçi" görüşündə meydana çıxa bilməyəcək.
saytlarin hazirlanmasi