Premyer Liqanın 20-ci turunda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" oyuna itkilərlə çıxacaq. Komandanın yarımmüdafiəçisi Soni Mustivarla müdafiəçisi Məhəmməd Mirzəbəyov 19-cu turda "Sabah"la görüşdə (3:0) cəzalı duruma düşüblər. Hər iki futbolçu sarı vərəqə limitini doldurduğu üçün səfər matçında iştirak etməyəcək.
Bundan əlavə, paytaxt klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev də zədəlidir.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü martın 10-da baş tutacaq.
saytlarin hazirlanmasi