"Neftçi"nin legioneri yığmaya dəvət aldı

11:11 - 12 Mart 2019

"Neftçi"nin futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət alıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi KONKAKAF Kubokunun seçmə mərhələsində Kuba ilə keçiriləcək görüş üçün yığmaya çağrılıb.

 

Sözügedən oyun martın 24-də baş tutacaq.

 

"Qarabağ"ın haitili futbolçusu Donald Gerye cəzalı durumda olduğu üçün dəvətlilər arasında yoxdur.

Xəbər xətti