Millimizin sabiq üzvünün Moldova klubuna keçidi baş tutmadı

14:55 - 13 Mart 2019

Millimizin sabiq futbolçusu Murad Ağayevin Moldovanın "Sfıntul George" klubuna transferi baş tutmayıb.

 

Sportal.az moldfootball.com-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi baxışda özünü yaxşı tərəfdən göstərib. Buna baxmayaraq, Ağayev müqavilənin şərtlərində klubla razılaşa bilməyib.

 

Qeyd edək ki, Murad Ağayev AZAL, "Sumqayıt", "Neftçi" və "Səbail" klublarında çıxış edib.

Xəbər xətti