“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyunu şərh edib:
- Lazım olan nəticəni qazana bilmədik, “Qarabağ”la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən hücum futbolu oynadıq və bu, bizdə yaxşı alındı. Rəqib isə əks hücumlara diqqət yetirirdi. İlk hissədə bir neçə imkanlarımız oldu, lakin qol vura bilmədik. Vurduğumuz qoldan sonra da hücumlar etdik. Buraxdığımız qol zamanı Ömər Buludovla Səlahət Ağayev arasında anlaşılmazlıq oldu. Komandamın oyunundan razı qaldım. Hələ heç nə bitməyib, növbəti oyunlara hazırlaşmalıyıq.
- Komandada yüksək motivasiya var idi. Qələbə üçün nə çatmadı?
- Komandam qələbə qazanmaq üçün son ana qədər mübarizə apardı. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Düşünürəm ki, bəxt amili rol oynadı.
- Mirabdulla Abbasovu Canluka Sansona ilə əvəzlədiyinizə görə peşman olmadınız?
- Mən də iki hücumçu ilə oynamaq istəyirdim. Lakin Sansonenin yorulduğunu gördüm, zərbə vurmaq üçün taqəti qalmamışdı. Ancaq məcburiyyət qarşısında qaldım.
- “Neftçi” müdafiə xəttində kobud səhvlərlə yadda qalır. Bunun üzərində işləyirsinizmi?
- Futbolda belə anlaşılmazlıqlar olur. Ona görə də bunu səhv kimi qəbul etmək düzgünn deyil. Buna görə futbolçuların üzərinə düşmək lazım deyil.
- Əsas rəqibiniz “Qarabağ”la xalların bərabərləşməsi komandanın yüksək əhvalına təsir edəcəkmi?
- Əlbəttə, bu, bizim üçün pis haldır. Lakin komandaya təsir edəcəyini düşünmürəm.
saytlarin hazirlanmasi