“Bu oyunu udmaq istəyirdik. Təbii ki, 1 xal qazandığımız üçün xoşbəxt deyilik. Bu nəticə bizi qane etmir. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, ancaq hər şey Tanrının əlindədir və o istədi ki, bu gün heç-heçə olsun. Oyundakı səhvlərimizdən nəticə çıxarmalıyıq”.
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi”nin futbolçusu Mamadu Mbodj Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə "Qəbələ" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib. Seneqallı arxa xətt oyunçusu qol vurduğu üçün sevincli olduğunu söyləyib:
“Bu gün qol vurduğum üçün sevinirəm. İkinci məsələ isə vurduğum qolla komandama kömək etdim. Bu qol bizə qələbə gətirsəydi, daha çox sevinərdim. Litvada oynayanda ilk mövsümümdə 6 qol vurmuşdum. Amma təbii ki, mən bura qol vurmaq üçün gəlməmişəm. Mənim burada əsas məqsədim müdafiədə komandama kömək etməkdir”.
26 yaşlı müdafiəçi çempionatda güclü rəqabət olduğunu bildirib: “Son oyunlardakı nəticələr onu göstərir ki, Azərbaycan Premyer Liqası kifayət qədər güclü turnirdir və hər bir klub yaxşı mübarizə aparır. Bütün komandalar bir-birindən xal almağa qadirdir. Biz bunu nəinki öz oyunlarımızda, “Qarabağ”ın matçlarında da görürük”.
Mbodj komandaya tez adaptasiya olmağına da toxunub: “Qışda gəlməyimə baxmayaraq, komandaya adaptasiya olmağım heç də çətin olmadı. Çünki bütün komanda, məşqçi, inzibati heyət hər şeyi edirdi ki, mən tez bir zamanda bura uyğunlaşım və bu da öz nəticəsini göstərdi”.
saytlarin hazirlanmasi