Böyükağa Hacıyevin vəfatından bir il ötür

11:55 - 16 Mart 2019

Bu gün Böyükağa Hacıyevin vəfatından 1 il ötür. 

 

Sportal.az xəbər verir ki, Böyükağa Hacıyev 20 aprel 1958-ci ildə Naxçıvanda dünyaya gəlib. Futbolçu karyerası ərzində (1977-1991) "Araz Naxçıvan"ın formasını geyinib. 1999-2000-ci illərdə bu komandanı çalışdıran Böyükağa Hacıyev 2002/03 mövsümündə Təbrizin "Maşınsazi" klubunda köməkçi məşqçi, 2003/04 mövsümündə baş məşqçi olub. 2004/05 mövsümündə "Traktorsazi"ni çalışdıran mütəxəssis 2005-ci ildə Azərbaycan millisində məşqçi işləyib.

 

Böyükağa Hacıyev ardınca "Bakı" (2006-2007), "Standard" (2009-2010) və "Neftçi" (2011-2013, 2014) klublarına başçılıq edib. 2006-cı ildə mövsümün sonuna 8 tur qalmış "Bakı"nın baş məşqçisi təyin olunub və komandanı çempion edib. "Neftçi" 2011/12 və 2012/13 mövsümündə çempionluq titulunu qazanıb. Böyükağa Hacıyev 2012/13 və 2013/14 mövsümlərində Azərbaycan Kubokunu qazanıb.

 

"Neftçi" onun rəhbərliyi altında 2012-ci ildə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

 

Böyükağa Hacıyev 2018-ci ilin 16 martında vəfat edib.

 

Allah rəhmət eləsin!

 

Xəbər xətti