"Neftçi"nin futbolçusu Seneqala qarşı oynadı

22:49 - 21 Mart 2019

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının heyətində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində Seneqal yığması ilə baş tutan ev matçında iştirak edib. Kanenin 90 dəqiqə meydanda olduğu görüş qvineyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 24-də keçiriləcək.  

Xəbər xətti